20 C
Baku
Friday, June 2, 2023

ABŞ Pakistana $450 milyon dəyərində “F-16″ların satışını təsdiqləyib

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Dövlət Departamenti 450 milyon dollar dəyərində “F-16” qırıcı təyyarələri və avadanlıqlarının Pakistana mümkün satışı ilə bağlı qərarı təsdiqləyib.

Bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

O qeyd edir ki, belə bir razılaşma ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini daha da irəli aparacaq.

İndi ABŞ qanunverici orqanına bu hərbi müqaviləni və onun mümkün blokadasını öyrənmək üçün 30 gün vaxt veriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X