15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

ABŞ pandemiyanın dünyaya vurduğu zərəri 9 trilyon dollar dəyərində qiymətləndirdi

Screen Shot 2021 09 02 at 14.34.20

Çin koronavirusun yayılması ilə mübarizə üçün 9 trilyon dollardan çox vəsait ayırmalıdır.

Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo söyləyib.

“Çinin pandemiya ilə mübarizəyə verdiyi töhfə cüzidir. Belə ki, koronavirus pandemiyası 90 mindən çox amerikalının ölməsinə, 36 milyondan çoxunun isə iş yerini itirməsinə səbəb olub. Bütün dünya üzrə 300 mindən çox insan dünyasını dəyişib, biz pandemiyanın dünyaya vurduğu zərəri 9 trilyon dollar dəyərində qiymətləndiririk”, – Pompeo bildirir.

O, ABŞ koronavirusla mübarizəyə, o cümlədən peyvəndin yaradılmasına və humanitar yardımın inkişafına təxminən 10 milyard dollar, Çinin isə cəmi 2 milyard dollar ayırdığını söyləyir.
Bundan əlavə, ABŞ Çini koronavirus haqqında məlumatları gizlətməkdə ittiham edir. Vaşinqton bununla əlaqədar olaraq Pekini iqtisadi sanskiyalarla hədələyib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər