10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ Pekinlə müqavilə bağlamaq məqsədilə kompromisə gedir

Əgər əvvəllər Vaşinqton Pekin tərəfindən sənaye subsidiyalarının ləğv edilməsini israr edibsə, indi öz diqqətini daha çox əlçatan məqsədlər  üzərində cəmləşdirir.

Banker.az bildirir ki, dünyanın ən böyük iki iqtisadiyyatı son doqquz ay ərzində ticarət müharibəsi vəziyyətindədir. Bu müharibə tərəflərə milyardlarla dollara başa gələrək, maliyyə bazarlarını sarsıdıb və təchizat zəncirlərini alt-üst edib.

ABŞ-ın administrasiyası Çin mallarının idxalına yeni vergi rüsumlarını tətbiq edib. Bununla ABŞ Pekindən sənaye subsidiyalarının ləğv edilməsi də daxil olmaqla, proteksionist siyasətinin dayandırılmasını tələb edir. Vaşinqtonun sözlərinə görə, bu siyasət Çinin şirkətləri ilə rəqabət aparan amerikan şirkətlərinə zərər verir. Çin bu tələblərə Amerika məhsullarına yeni rüsumların tətbiqi ilə cavab verib.

Sənaye subsidiyalarının problemi həssas bir məsələdir, çünki o Çin hökumətinin sənaye siyasəti ilə sıx bağlıdır. Pekin uzunmüddətli inkişaf perspektivindən strateji hesab olunan dövlət şirkətlərinə və sektorlara subsidiyalar və vergi imtiyazları təqdim edir. Çin prezidenti Xi Jinping, dövlətin iqtisadiyyatdakı  rolunu artırmağa çalışır.

Reuters-in verdiyi məlumata görə, gələn aya kimi razılaşma əldə etməyi planlayan amerikan tərəfi, Pekinə münasibətdə kompromisə getməyə hazır olduğunu bildirib. Onlar öz diqqətini digər sahələr üzərində cəmləşdirməyə üstünlük verirlər.  

Bu sahələr sırasına texnologiyaların məcburi ötürülməsinin qarşısının alınması, intellektual mülkiyyətin mühafizəsinin gücləndirilməsi və Çin bazarlarının əlçatanlığının yaxşılaşdırılması.  

“Necə bir müqavilə bağlamağımız vacib deyil, bəzi insanlar üçün bu yenə də kifayət olmayacaq. Unutmayaq ki, bu –  siyasətdir”, – agentliyin nümayəndəsi bildirir.

Reuters qeyd edir ki, Çin bu il ərzində daxili sahələrə subsidiyaların ayrılmasını dayandırmağı vəd edir. 

Son xəbərlər
Digər xəbərlər