25 C
Baku
Friday, June 14, 2024

ABŞ Peru ilə 20 ildən sonra hava məkanının təhlükəsizliyinə dair müqavilə imzalayıb

Peru Amerika Birləşmiş Ştatları ilə 20 ildən sonra hava məkanının təhlükəsizliyinə dair saziş imzalayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Müqavilə 20 illik ikitərəfli əməkdaşlıq paktını canlandırır. Saziş narkoqruplara aid təyyarələrin Perunun hava məkanına daxil olmasını qadağan edəcək.

Həmçinin, ABŞ Peru Hərbi Hava Qüvvələrinə kəşfiyyat və təlim dəstəyi verəcək. Bu, onlarla helikopterin və radar avadanlıqlarının modernləşdirilməsini əhatə edir.

Qeyd edək ki, iki ölkə arasında ilkin hava təhlükəsizliyi razılaşması iyirmi il əvvəl Peru Hərbi Hava Qüvvələrinin səhvən müəyyən edilmiş təyyarəni vurması və iki ABŞ vətəndaşının ölümündən sonra dayandırılmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər