4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

ABŞ peyvəndin inkişaf etdirilməsində Moskva ilə əməkdaşlıq etməyəcək

Amerikalılar Rusiya nümayəndələrinin koronavirusa qarşı peyvənd hazırlamaq təklifini rədd ediblər. Banker.az CNN-nin verdiyi məlumata istinadən xəbər verir ki, bu, Rusiya və Amerika arasındakı münasibətlərin ümumi vəziyyəti ilə izah olunur.

“İki ölkə arasında inamsızlıq var. Düşünürük ki, ABŞ-ın Rusiya texnologiyalarını qəbul etmək istəməsinin əsas səbəbi budur”, – deyə mənbədə bildirilir.

CNN-nin Amerika administrasiyasındakı həmsöhbətləri isə qeyd edirlər ki, amerikalıların Moskva ilə əməkdaşlıqdan imtina etmələri, onların Rusiya peyvəndinin effektivliyinə inanmamasından irəli gəlir.
Bundan əlavə, verilən məlumata görə, bu peyvənd hələ az sayda könüllü tərəfindən sınaqdan keçirilib və buna görə də onun koronavirusa qarşı nə dərəcədə təsirli olması bəlli deyil.

Amerika administrasiyasının keçmiş rəsmisi vurğulayır ki, nə ABŞ, nə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiya peyvəndini onun lazımi sınaq mərhələlərindən keçmədiyi üçün ciddi qəbul etmir. O, peyvəndin qeydiyyata alınmasını hökumətin ölkədəki ictimai təzyiqi azaltmaq istəyi ilə izah edir.

Prezident Donald Trampın mövqeyi açıqlanmır. “Peyvəndimiz həqiqətən effektiv olsa, amerikalılar siyasətin ondan öz ölkələrində istifadəsinə niyə mane olduğunu düşünəcəklər”, – deyə Rusiya hökumətindəki mənbə CNN-ə bildirib.

Xatırladaq ki, Rusiyada koronavirusa qarşı peyvəndin qeydiyyata alınması barədə bu həftə prezident Vladimir Putin məlumat verib.

Son xəbərlər
Oxşar xəbərlər