5 C
Baku
Saturday, December 14, 2024

ABŞ Polşanın Ukraynaya MİQ-29 qırıcıları göndərmək təklifini rədd edir

Polşanın Sovet dövründən qalma təyyarələri ABŞ-ın Almaniyadakı bazası vasitəsilə Kiyevə köçürmək təklifi qəbuledilməzdir.

ABŞ Müdafiə Departamentinin verdiyi xəbərə görə, bu barədə Pentaqon sözçüsü Con Kirbi yaydığı açıqlamada bildirib.

O deyib ki, Polşa hökumətinin bəyanatından sonra ABŞ Polşa hökuməti ilə əlaqədədir.

“Dediyimiz kimi, Polşaya məxsus təyyarələrin Ukraynaya təhvil verilib-verilməməsi ilə bağlı təklif son nəticədə Polşa hökumətinin qərarıdır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə Ukraynaya davam edən təhlükəsizlik yardımımızla bağlı məsləhətləşmələri davam etdirəcəyik, əslində Polşanın təklifi bu məsələnin mürəkkəbliyinin yalnız bir qismidir. ABŞ sərəncamında olan və Almaniyadakı ABŞ/NATO bazasından buraxılacaq döyüş təyyarələrinin Ukrayna üzərində Rusiya ilə mübahisəli hava məkanına uçmaq perspektivi bütün NATO alyansı üçün ciddi narahatlıq yaradır.

Bunun üçün bir əsas olduğunu düşünmürük. Biz Polşa və digər NATO müttəfiqlərimizlə bu məsələ və onun yaratdığı çətin logistik problemlər barədə məsləhətləşmələri davam etdirəcəyik, lakin Polşanın təklifinin etibarlı olduğuna inanmırıq”, – Pentaqon sözçüsü bildirib.

Xatırladaq ki, Polşa bütün MİQ-29 təyyarələrini Almaniyadakı Ramşteyn aviabazasına yerləşdirməyə və onları ABŞ-ın sərəncamına verməyə hazır olduğunu bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər