ABŞ Dövlət Departamenti Polşaya 10 milyard dollar dəyərində 18 ədəd HIMARS reaktiv yaylım atəş sistemləri və digər silahların mümkün satışını təsdiqləyib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb. Agentlik hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.