ABŞ postsovet ölkələrinin bəzi məhsullar üzrə idxal proqnozunu sabit saxlayıb

ABŞ-ın Kənd Təsərrüfatı Departamenti 2021-2022-ci il aqrar mövsümündə postsovet ölkələrinin buğda idxalı üzrə proqnozunu may ayı ilə müqayisədə dəyişməyivb və 8,96 milyon ton səviyyəsində saxlayıb.

Bu barədə Departamentin hazırladığı “Taxıl: Dünya bazarı və ticarəti” adlı hesabatın iyun sayında bildirilir.

Sənədə əsasən, keçmiş Sovet ölkələrinin buğda istehsalı üzrə proqnozu 143,47 milyon ton (may ayı ilə müqayisədə 1,6 milyon ton çox), daxili istehlakı 79,905 milyon ton (545 min ton çox), ehtiyatları isə 22,272 milyon ton (335 min ton çox) təşkil edəcək.

Departament 2021-2022-ci il aqrar mövsümündə keçmiş Sovet ölkələrinin düyü üzrə gözlənilən idxalı, istehsalı, daxili istehlakı üzrə proqnozunu da sabit saxlayıb. Proqnoz müvafiq olaraq 489 min ton, 1,347 milyon ton, 1,638 milyon ton səviyyəsindədir.

Hesabat dövründə keçmiş sovet ölkələrinin iri dənli bitkilər üzrə idxalının 883 min ton, istehsalının 103,616 milyon ton, istehlakının 57,727 milyon ton qalacağı, ehtiyatlarının isə 18 min ton azaldaraq 5,625 min tona düşəcəyi gözlənilir.

Eyni dövrdə qarğıdalı idxalının 450 min ton, istehsalının 58,005 milyon ton, daxili istehlakının 23,395 milyon ton, ehtiyatlarının isə 2,561 milyon ton həcmində olması proqnozlaşdırılır.

Keçmiş Sovet ölkələrinin 426 min ton arpa idxal edəcəyi gözlənilir, arpanın istehsalı üzrə proqnoz 120 min ton artırılaraq 35,965 milyon tona, daxili istehlak üzrə proqnoz 15 min ton artırılaraq 24,936 milyon ton, ehtiyatları üzrə proqnoz isə 5 min ton artırılaraq 2,416 milyon tona çatdırılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.