ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərinin məqsədlərini açıqlayıb.
Ağ Ev rəhbəri bu barədə tviter hesabında yazıb.
“Biz Almaniyadayıq, G7-ni gözləyirik. Mən ölkələrimizin ümumi dəyərləri və prioritetləri: iqlim, inkişaf infrastrukturu, qlobal sağlamlıq təhlükəsizliyi, gələcək onilliklər üçün iqtisadiyyat və texnologiya qaydalarının formalaşdırılması haqqında danışmağı səbirsizliklə gözləyirəm”, – Bayden qeyd edib.