18 C
Baku
Tuesday, April 23, 2024

ABŞ prezidenti: “Azərbaycanda islahatlar istiqamətində xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq”

“Azərbaycanda islahatlar istiqamətində xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq”. 

Banker.az bildirir ki, bu, ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd olunub.   

“Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Həmçinin Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik. Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram”, – deyə məktubda vurğulanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər