8 C
Baku
Thursday, March 28, 2024

ABŞ Prezidenti D.Tramp dolları çökdürə bilər?

Donald Trampın bazarlara təsir etmək istəyi göz qabağındadır, lakin demək olar ki, heç kim bu təhlükəni ciddiyyətə almır. Bəzi ekspertlərin fikrincə, bu variant da diqqətə layiqdir.

Banker.az xəbər verir ki, mətbuatda dəfələrlə Amerika prezidentinin Maliyyə Nazirliyi ilə birlikdə valyuta bazarına təsir etmək üçün müxtəlif tədbirlər hazırladığı barədə məlumatlar yayılıb. Bir qədər əvvəl, belə xəbərlərin fonunda dollar əhəmiyyətli dərəcədə zəifləmişdir.

isteyirTramp dolların zəifləməsini istəyir, çünki bu komponent olmadan onun geosiyasəti lazımi nəticələr vermir.

İnvestorlar Tramp administrasiyasının valyuta bazarındakı rolunu obyektiv qiymətləndirmirlər, bu haqda təcrübəli ekspertə istinadən Bloomberg məlumat verir.

“Bazarlar Trampın aktivliyini düzgün qiymətləndirmirlər, onlar buna inanmırlar, çünki indiyədək tarixdə elə bir şey olmayıb”, – Scowcroft Group-un aparıcı analitiki Kevin Niler bildirir.

Niler Donald Trampın ABŞ-ın ticarət tərəfdaşlarını valyuta manipulyasiyalarında ittiham etməsinə vurğu edir.

“Avro düşür, bu da Avropaya ixracat və istehsal sahəsində üstünlüklər qazandırır. FED isə heç bir addım atmır! Dollar çox güclüdür. Bu yaxşıdır, düzdürmü? Məhsulları ABŞ-dan kənarda satışa çıxarılacaq istehsalçılar istisna olmaqla”.

“ABŞ özü iddialar aça bilər, amerikan şirkətləri hökumətə müraciət etməsələr belə”.

Nəzərə almaq lazımdır ki, bu gün ABŞ borc içində yaşayır, büdcə kəsiri isə 1 trilyon dolları keçib, dollara olan etimadın azalması bir çox problemlərə gətirib çıxara bilər. Bütün bunlar Trampı dolları zəiflətməyə məcbur edə bilərmi?

Əlbəttə ki, hə. Lakin burada seçim etmək lazımıdır: demək olar ki, istənilən məbləğdə borc almaq, yoxsa məzənnə ilə manipulyasilayar həyata keçirmək imkanı.

Son xəbərlər
Digər xəbərlər