ABŞ prezidenti Cozef Bayden dövlət katibi Entoni Blinkeni may ayında Ukraynaya göndərmək niyyətindədir.
Bu barədə “CNN” xəbər verir.
Telekanalın bildirdiyinə görə, Blinkenin Kiyev səfəri ABŞ-ın NATO müttəfiqlərinə, rəsmi Vaşinqtonun yayda planlaşdırılan iki ölkə liderlərinin (ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin – Red) görüşündə Moskvaya qarşı sərt xəttindən imtina etmək niyyətində olmadığını nümayiş etdirməlidir.
“Bayden rəhbərliyinin sammitdən bir neçə həftə əvvəl Ukraynaya baş diplomatını göndərməsi, Vaşinqtonun rəsmi Kiyevi dəstəkləməyə davam etdiyinə və onu müttəfiq olaraq qiymətləndirdiyinə dair açıq siqnal olacaq