7 C
Baku
Thursday, December 12, 2024

ABŞ Prezidenti: “Hücum silahları qadağan edilməlidir”

ABŞ administrasiyası silaha nəzarətin daha da sərtləşdirilməsi və ölkədə hücum silahlarının satışına qadağa qoyulması üçün səy göstərməyə davam edəcək.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

“Hücum silahları qadağan edilməlidir. Mən bu silahları, daraq tutumu 30 mərmi olan silahları qadağan etmək niyyətindəyəm. Bu qadağaya nail olana qədər mən dayanmayacağam”, – ABŞ dövlət başçısı əlavə edib.

Onun sözlərinə görə, son iki onillikdə ABŞ-da odlu silahdan istifadə nəticəsində ölən məktəblilərin sayı Amerika polisi və hərbçilərinin ümumi sayından çoxdur.

“Silahlar Amerika Birləşmiş Ştatlarında uşaqların bir nömrəli qatilidir. Bunu bir daha təkrar edirəm. Silahlar avtomobil qəzaları və xərçəngdən qabaq ABŞ-da uşaqların ölümünün bir nömrəli səbəbidir. Son iyirmi ildə silahlar Birləşmiş Ştatlarda vəzifəli polislər və xidmətdə olan hərbçilərin cəmindən daha çox orta məktəb şagirdini öldürüblər”.

Son xəbərlər
Digər xəbərlər