9 C
Baku
Sunday, November 17, 2024

ABŞ Prezidenti ilə Yaponiyanın Baş naziri görüşəcək

ABŞ Prezidenti Cozef Baydenlə Yaponiyanın Baş naziri Fumio Kisida arasında yanvarın 21-də onlayn formatda görüş olacaq.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bu, C.Baydenlə F.Kisidanın hakimiyyətə gəlmələrindən sonra ilk danışıqları olacaq.

İki ölkənin liderləri Çinin hərbi gücünü artırmasını, Şimali Koreyanın nüvə proqramını, Şərqi Avropada koronavirus pandemiyası böhranının dərinləşməsini müzakirə edəcəklər.

Qeyd edək ki, Fumio Kisida 2021-ci il oktyabrın 4-də Baş nazir seçilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər