-1 C
Baku
Wednesday, February 26, 2025

ABŞ Prezidenti Rusiya ilə bağlı sanksiyaları yumşaltmağı planlaşdırmır

Rusiya – Ukrayna münaqişəsinin həlli çərçivəsində ABŞ Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını təklif etməyi planlaşdırmır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistin Ukrayna üzrə danışıqlarda sanksiyaların yumşaldılması məsələsinin müzakirə edilə biləcəyi ilə bağlı sualına cavab verərkən bildirib.

“Hazırda bu, mümkün olmayacaq”, – o vurğulayıb.

Tramp qeyd edib ki, sanksiyaların ləğvi məsələsini yalnız Rusiya – Ukrayna müharibəsi başa çatdıqdan sonra nəzərdən keçirməyi planlaşdırır: “Əvvəlcə görmək istəyirəm ki, (sülh sazişi – red.) əldə edə biləcəyikmi”, – o söyləyib.

Son xəbərlər
Digər xəbərlər