13 C
Baku
Saturday, November 23, 2024

“İki seçim var, ya Üçüncü Dünya Müharibəsi, ya da sanksiyalar” – Bayden

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativi yalnız Üçüncü dünya müharibəsi ola bilər.

Bunu ABŞ lideri bloqqer Brayan Koenlə müsahibəsində deyib.

“Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə, Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant. Əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”, – deyə ABŞ prezidenti bildirib.

C. Bayden həmçinin qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar tarixin ən böyük sanksiyalarıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər