13 C
Baku
Friday, April 19, 2024

ABŞ Prezidentinin “5 faiz azaltma” niyyəti

ABŞ-da son altı ildə ən yüksək həddə çatmış büdcə kəsirini nəzərə alan Prezident Donald Tramp öz nazirlərini hökumət orqanlarının büdcəsini 5 faiz ixtisar etməyə çağırıb. Dövlət başçısı Ağ evdə kabinet üzvləri ilə keçirdiyi görüşdə deyib: “ Mən istəyirəm ki, siz öz rəhbərlik etdiyiniz qurumların büdcəsini 5 faiz azaltmaq üzrə planı təqdim edəsiniz və düşünürəm ki, büdcəni bu rəqəmdən daha aşağı salmaqla bizi sevindirə bilərsiniz”. Prezident jurnalistlərə bildirib ki, büdcənin ixtisarı gələn il üçün nəzərdə tutulub.

ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi məlumata görə, hökumət 2018-ci maliyyə ilini 779 milyard dollar kəsirlə başa vurub. Bir çoxları hesab edirlər ki, kəsirin artması respublikaçıların təşəbbüsü ilə tətbiq olunan vergi azalması ilə əlaqəlidir.

Banker.az bildirir ki, bu barədə Azərtac məlumat yayıb.

Son xəbərlər
Digər xəbərlər