Nyu-Yorkun Cənubi Dairə Məhkəməsi ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koeni seçki kampaniyası qanunlarını pozduğuna görə üç il müddətinə həbs edilib.
Banker.az bildirir ki, bu barədə “New York Times” qəzeti yazır.
Məlumata görə, bu hökmü məhkəmə hakimi Uilyam Puli hüquqşünasa oxuyub.
“Mən sizi seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozduğunuz üçün 36 ay….Konqresə saxta ifadə verdiyinizə görə isə 2 ay müddətinə həbs cəzasına məhkum edirəm”, – deyə o bildirib.
Qeyd edək ki, Nyu-Yorkun yeni baş prokurorunun Donald Tramp və onun ailəsi barəsində araşdırmalar aparacağını xəbər verib.