12 C
Baku
Saturday, November 23, 2024

ABŞ prezidentliyinə namizədliyini irəli sürdü

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olduğunu rəsmən elan edib.

“Mən Amerikanın möhtəşəm geri dönüşünü idarə etmək üçün prezidentliyə namizədliyimi irəli sürürəm”, – deyə o, “Twitter”də bildirib.

O, gələn noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edib. Müvafiq məlumat ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

44 yaşlı Ron Desantis Respublikaçılar Partiyasını təmsil edir və keçmiş prezident Donald Trampla prezidentliyə namizədlik uğrunda mübarizə aparacaq. Bir çox yerli mətbuatının yazdığına görə, qubernator keçmiş ABŞ liderinin respublikaçılar arasında əsas rəqibidir.

NBC-nin aprel sorğusuna əsasən, respublikaçı seçicilərin azı 31%-i ilkin seçkilərdə Desantisi dəstəkləyəcək. Eyni zamanda, 46% Trampın qarşıdan gələn seçkilərdə ən yüksək dövlət postuna namizəd kimi irəli sürülməsinin tərəfdarı olub.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər