ABŞ hökuməti vətəndaşlara pulsuz koronavirus testləri verməyi dayandırır.
Bu barədə pulsuz testlərin verildiyi saytda məlumat yer alıb.
Pulsuz testlərin ləğv edilməsinə səbəb Konqresin bu testlər üçün pul ayırmaması göstərilib.
Qeyd olunan sayt vasitəsilə amerikalılar evdə istifadə üçün pulsuz testlər sifariş etmək imkanı əldə edib.