26 C
Baku
Wednesday, April 24, 2024

ABŞ Pxenyana görə kosmik qüvvələrini Cənubi Koreyaya göndərir

Pentaqon Cənubi Koreyada ABŞ Kosmik Qüvvələri Komandanlığını yerləşdirmək niyyətindədir.

Bu barədə Cənubi Koreya mətbuatı ABŞ-dakı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Birləşmiş Ştatların məqsədi Şimali Koreyanın həyata keçirdiyi raket sınaqlarına nəzarət etməkdir.

Məlumatda həmçinin qeyd olunur ki, bu, Birləşmiş Ştatlar hüdudlarından kənarda ikinci belə strukturdur, birincisi noyabr ayında Havay adalarında yerləşdirilib.

Bundan əlavə, ABŞ hakimiyyəti ilin sonuna qədər Yaxın Şərq üzrə məsul olan əlavə hərbi komandanlıq yaratmaq niyyətindədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər