ABŞ Qərb raketlərini sovet qırıcıları ilə birləşdirmək istəyir

ABŞ Qərb raketlərini Ukraynanın sovet qırıcıları ilə birləşdirməyi düşünür.

Bu barədə “Politico” nəşri yazıb.

Nəşrin məlumatına görə, söhbət ilk növbədə AIM-120 orta mənzilli raketlərin MiQ qırıcıları ilə birləşdirilməsindən gedir. Belə bir qərar Ukraynanın əlavə atəş gücü və hava hücumundan müdafiə sistemlərinə ehtiyacını həll edə, həmçinin F-16 qırıcılarının tədarükü məsələsinə son qoya bilər.

Qeyd olunub ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin hücumu 6-8 həftəyə başlaya biləcəyini real sayır və buna görə də o vaxta qədər aviasiya məsələsinin həll edilməlisini vacib hesab edir.

Son xəbərlər
Digər xəbərlər