Birləşmiş Ştatlar Qətərdən İsrail və Hizbullah arasında münaqişənin həllinə yardım etməsini istəyib.
Bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, Qətər İsrail-Livan sərhədində Hizbullah və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün Bayden administrasiyasından müraciət alıb.
Hizbullah sözçüsü qəzetə bildirib ki, Qəzzada müharibə tamamilə bitənə qədər Hizbullah daha geniş razılaşmaya razı olmayacaq.