7 C
Baku
Sunday, February 5, 2023

“ABŞ qanunsuz anneksiya cəhdləri ilə razılaşmayacaq”

BMT Baş Assambleyasının Ukraynada keçirilən “referendumları” tanımaqdan imtina edən qətnaməsi göstərdi ki, beynəlxalq ictimaiyyət Ukrayna məsələsində vahid mövqe nümayiş etdirir.

Bunu ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasındakı səsvermədən sonra bildirib.

“Məsələ aydındır. Bütün dünya birmənalı cavab verdi: Rusiya suveren dövləti xəritədən silə bilməz. Rusiya sərhədləri güc yolu ilə dəyişə bilməz. Rusiya başqasının ərazisini tutaraq özününkü elan edə bilməz. Ukrayna digər suveren dövlətlərlə eyni hüquqa malikdir” – deyə ABŞ prezidenti vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, ABŞ və BMT qanunsuz anneksiya cəhdləri ilə razılaşmayacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X