ABŞ hakimiyyəti ölkəyə qeyri-qanuni miqrasiyaya dəstək verən Özbəkistan vətəndaşlarına qarşı viza məhdudiyyətləri tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənədə əsasən, viza məhdudiyyətləri Özbəkistanda fəaliyyət göstərən və vizaların rəsmiləşdirilməsinə kömək edən iki şirkətin rəhbərləri və yüksək vəzifəli nümayəndələrinə qarşı tətbiq olunub. Amerika hakimiyyətinin versiyasına görə, bu şəxslər ABŞ-yə qeyri-qanuni miqrasiya etməyi planlaşdıran əcnəbilər üçün nəzərdə tutulan turizm xidmətlərini qəsdən göstəriblər.
Sənəddə adı çəkilən şirkətlərin adları, eləcə də məhdudiyyət tətbiq edilən Özbəkistan vətəndaşlarının kimliyi açıqlanmayıb.







