Amerika Birləşmiş Ştatları COVAX proqramı çərçivəsində Qırğızıstana daha 149 min 760 doza “Pfizer” peyvəndi göndərib.
2021-ci ilin oktyabr ayından indiyə kimi ABŞ-dan Qırğızıstana 450 min dozadan çox “Pfizer” peyvəndi gətirilib.
Ümumiyyətlə, pandemiya dövründə ABŞ-ın Qırğızıstana COVID-19-un müalicəsi, profilaktikası, diaqnostikası üçün göndərdiyi dərman vasitələri, müxtəlif maskalar və avadanlıqların dəyəri 9 milyon dollardır.