21 C
Baku
Wednesday, October 5, 2022

ABŞ qitələrarası ballistik raket sınaqlarını ləğv edib

ABŞ qitələrarası ballistik raket sınaqlarını ləğv edib.

ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələri sınaq ləğvini nüvə gərginliyini azaltmaq istəyi ilə izah ediblər.

Bundan əvvəl “Minuteman III” raketinin buraxılışı martın 2-nə planlaşdırılırdı, lakin Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirmək barədə bəyanatları fonunda təxirə salınmışdı.

ABŞ tərəfi bildirib ki, Rusiya ilə birgə yanlış hesablama riski nəzərə alınmalı və bu riski azaltmaq üçün addımlar atılmalıdır.

“Minuteman III”ün növbəti sınağı bu ilin sonuna planlaşdırılıb.

Qeyd edək ki, nüvə qabiliyyətinə malik “Minuteman III” ABŞ ordusunun strateji arsenalının əsas hissəsidir, 9 660 km-dən çox uçuş məsafəsinə malikdir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər