1 C
Baku
Saturday, December 14, 2024

ABŞ qlobal ərzaq böhranı ilə mübarizəyə $300 mln. ayıracaq

ABŞ dünyada ərzaq böhranı ilə mübarizəyə 300 milyon dollar ayıracaq. Qeyd olunur ki, bu məbləğ daha əvvəl ayrılan 2.3 milyard dollardan əlavədir. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, fevral ayından Vaşinqton ərzaq qiymətlərindəki artımlardan ən çox təsirlənən ölkələrə köçürüb.

“Mayın 18-də BMT-nin ərzaq təhlükəsizliyi nazirlərinin toplantısında biz fevral ayından ümumi məbləği 2.6 milyard dollara çatdırmaqla yeni yardım paketini elan etmək niyyətindəyik”, – ABŞ Departamentinin bəyanatında deyilir.

Sənəddə həmçinin bildirilir ki, ABŞ “aclığa son qoymağa və bütün dünyada daha davamlı və ədalətli qida sistemləri qurmağa sadiqdir”. Qeyd olunur ki, ərzaq böhranı ilə mübarizə “ümumi səylər tələb edir və ABŞ onları əlaqələndirməyə kömək etməyə hazırdır”.

Mart ayında dünyada ərzaq qiymətləri bir anda 12.6% artaraq 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb. Bildirilib ki, bütün növ ərzaq məhsulları bahalaşıb, bitki yağlarının qiyməti rekord həddə çatıb. Ətin, şəkərin və süd məhsullarının da qiymətində xeyli artım olub.

Son xəbərlər
Digər xəbərlər