9 C
Baku
Thursday, December 12, 2024

ABŞ qlobal neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-2024-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yüksəldib.

EIA-nın aylıq hesabatına əsasən, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 103 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0.43 mln. barel çoxdur.

Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101.3 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəricidən 0.2 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99.88 mln. barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95.7 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93.84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100.61 mln. barelə bərabər idi.

EİA məlumatlarını nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni bu il ötəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər