17 C
Baku
Friday, October 18, 2024

ABŞ qlobal neft qiymətləri üzrə proqnozunu açıqlayıb

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 84.15 ABŞ dollarından 86.37 dollaradək yüksəldib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 88.38 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 85.38 dollar).

Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82.41 dollar təşkil edib.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 82.03 dollar (öncəki proqnoz göstərici – 79.7 dollar), 2025-ci ildə isə 83.88 dollar (öncəki proqnoz – 80.88 dollar) səviyyəsində olacaq.

Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77.58 dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər