-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ qlobal neft qiymətləri üzrə proqnozunu azaldıb

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 86,37 ABŞ dollarından 84,44 dollaradək endirib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 85,71 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 88,38 dollar).

Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 80,21 dollar (öncəki proqnoz göstərici – 82,03 dollar), 2025-ci ildə isə 81,21 dollar (öncəki proqnoz – 83,88 dollar) səviyyəsində olacaq.

Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər