Pentaqon sözçüsü Con Kirbi bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması və təxliyəsini avqustun 31-dək başa çatdırmaq niyyətindədir, bu əməliyyatın vaxtı dəyişməyib.
Bu barədə “RİA Novosti” xəbər verir.
“Missiyamız 31 avqusta qədər davam edir. Bura ABŞ vətəndaşlarının və diplomatik personalın göndərilməsi də daxildir”, – C.Kirbi əlavə edib.