7 C
Baku
Sunday, February 5, 2023

ABŞ rəsmiləri danışıqlar aparmaq üçün Çinə gedir

ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti danışıqlar aparmaq üçün Çinə səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink, Milli Təhlükəsizlik Şurasının Çin və Tayvan üzrə baş direktoru Laura Rosenberqer dekabrın 11-14-də Çin, Cənubi Koreya və Yaponiyaya gedəcəklər.

Nümayəndə heyəti Çində iki ölkə arasında münasibətləri müzakirə edəcək, həmçinin dövlət katibi Blinkenin Çinə səfəri üçün zəmin yaradacaq.

Noyabrın ortalarında İndoneziyada keçirilən G20 sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında görüş keçirilib. Görüş çərçivəsində liderlər Tayvan və Şimali Koreya ilə bağlı açıq danışıq aparıblar. Görüşdən sonra Blinkenin Çinə səfər edəcəyi açıqlanıb.

 

Son xəbərlər
Digər xəbərlər
X