“Xəzər regionu enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Banker.az xəbər verir ki, bunu ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
O, Cənub Qaz Dəhlizinin (SGC) Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb.
L.Lokman eyni zamanda, “yaşıl enerji”yə keçidin vacibliyini vurğulayıb: “Biz karbohidrogen xammalından asılılığın azaldılması istiqamətində görülən tədbirlərdə Avropa İttifaqını dəstəkləyirik. Azərbaycan da “yaşıl enerji”yə keçidə istiqamətlənib”.
L.Lokman Xəzər dənizində külək enerjisinin inkişafı üçün geniş imkanların olduğunu söyləyib.