1 C
Baku
Saturday, December 14, 2024

ABŞ requlyatoru 15 şirkətin səhm alqı-satqısını dayandırdı

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ticarətdəki dəyişkənlik və sosial şəbəkələrdəki aktivlik səbəbindən 15 şirkətin səhm alqı-satqısını dayandırıb.

Bu barədə Banker.az xarici KİV-ə istinadən xəbər verir.

“Son bazar dəyişkənliyi dövründə investorların potensial istismar cəhdlərinə cavab vermək üçün davam edən səylərin bir hissəsi olaraq, Qiymətli Kağızlar və Birja Komissiyası şübhəli ticarət və sosial media fəaliyyəti səbəbindən 15 şirkətin səhm alqı-satqısını dayandırıb”, – mesajda deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, sadalanan şirkətlər bir ildən çoxdur SEC-ə və birjadankənar bazarlara heç bir məlumat verməyiblər.

Xüsusilə “Bebida Beverage”, “Blue Sphere Corporation”, “Ehouse Global”, “Eventure Interactive”, “Eyes on the Go”, “Green Energy Enterprises”, “Helix Wind”, “International Power Group”, “Marani Brands”, “MediaTechnics”, “Net Talk.com”, “Patten Energy Solutions Group”, “PTA Holdings”, “Universal Apparel & Textile Company” və “Wisdom Homes of America” kimi şirkətlərin səhm alqı-satqısı dayandırılıb.

Requlyator sosial şəbəkələrdə şübhəli ticarət fəaliyyətini fəal şəkildə izlədiyini və “ictimai maraqları qorumaq lazım olduqda”, ona sürətli cavab vermək olduğunu vurğulayır.

Xatırladaq ki, yanvar ayında ABŞ fond bazarında ayrı-ayrı şirkətlərin (məsələn, “GameStop”) səhmlərində anomal artım olmuşdur.

Son xəbərlər
Digər xəbərlər