2 C
Baku
Sunday, December 15, 2024

ABŞ requlyatoru 70 milyon doza “J&J” peyvəndinin keyfiyyətindən şübhə edir

ABŞ requlyatoru təxminən 70 milyon doza “Johnson & Johnson” peyvəndinin keyfiyyətindən şübhə edir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times” yazır. Xatırladaq ki, daha əvvəl Baltimor şəhərindəki müəssisədə iki fərqli peyvəndin tərkib hissələri qarışdırılıb, nəticədə 15 milyon doza “J&J” peyvəndi yararsız hala düşüb.

Hökumətin verdiyi məlumata görə, FDA şirkətin istehsal etdiyi digər peyvənd partiyaların keyfiyyətindən narahatdır. İndi Amerika requlyatoru zavodda istehsal olunan təxminən 70 milyon dozanın istifadəsi məsələsini nəzərdən keçirir.

Qəzet Avropa Birliyi, Kanada və Cənubi Afrikaya gələn “şübhəli” dozalarının ümumi sayının 6-9 milyon arasında dəyişdiyini vurğulayır. Xatırladaq ki, daha əvvəl ABŞ requlyatorları olan FDA və CDC “Johnson & Johnson” peyvəndinin istifadəsinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb. Hər iki requlyator onun təhlükəsiz və effektiv olduğuna qərar verib.

Son xəbərlər
Digər xəbərlər