22 C
Baku
Friday, May 24, 2024

ABŞ Rusiya ilə Gürcüstan arasında uçuşların bərpasından “narahatdır”

Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa edilməsi təkcə ABŞ deyil, digər Qərb ölkələri üçün də artan narahatlıq olardı.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

“Bütün Qərb cəmiyyəti Rusiya Federasiyası ilə özü arasında məsafə qoyub və biz inanırıq ki, indi Rusiya ilə əlaqələri artırmağın vaxtı deyil. Biz bu məsələ ilə bağlı narahatlıqlarımızı aydın şəkildə bildirmişik. Biz də bir çox Qərb ölkəsi kimi Rusiya təyyarələrinin hava məkanımıza daxil olmasının qarşısı almaq üçün addımlar atmışıq. Biz bu vəziyyətin yaxından monitorinqini davam edəcəyik”, – Patel vurğulayıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər