ABŞ Ticarət Nazirliyinin məlumatına görə, Çinin “Connec Electronics”, “King Pai Technology”, “Sinno Electronics”, “Winninc Electronics” və “World Jetta (HK) Logistics” şirkətləri Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl və sonra Rusiya ordusu ilə əməkdaşlıq ediblər. Bu hal şirkətlərin nazirliyin qara siyahısına salınması üçün əsas olub.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Şirkətlərə qarşı Amerikanın iştirakı ilə və ya Amerika texnologiyalarından istifadə etməklə digər ölkələrdə istehsal olunan məhsulların alınmasına məhdudiyyətlər tətbiq edilib. Ticarət katibinin müavini Alan Estevezin “Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, belə bir tədbir bütün dünyada fiziki şəxslərə və qurumlara açıq siqnaldır ki, əgər onlar Rusiyaya dəstək vermək istəsələr, ABŞ onları dayandıracaq.
Hələ aprel ayında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinqh demişdi ki, Amerika tərəfi Çin və Çin korporasiyalarını Rusiya silahlı qüvvələrinə dəstək verməkdə şübhələnir.