ABŞ ixrac məhdudiyyətli tədbirlərini genişləndirərək Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib.
Bu barədə ABŞ-nin Ticarət Nazirliyindən bildirilib.
Məlumata görə, nazirlik Rusiyanın 63, Türkiyənin 16, Çinin 8, Qırğız Respublikasının isə 2 şirkətinə sanksiya tətbiq edib.
Qeyd olunub ki, siyahıya xarici ticarət, elektronika, sənaye avadanlıqlarının tədarükü, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil edilib.