ABŞ hakimiyyəti Moskva ilə Pekin arasında əlaqələrin dərinləşməsindən narahatdır və Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşü iki ölkə arasında yaxınlaşma nümunəsi hesab edir.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
“Biz Çinin Rusiya ilə əlaqələrinin dərinliyindən, Rusiyanın Ukraynada təcavüzkar müharibə apardığı bir vaxtda belə iki ölkənin mövqelərinin uyğunlaşması ilə bağlı narahatlığımızı açıq şəkildə ifadə etmişik. Bu görüş belə uyğunlaşmanın nümunəsidir”, – deyə o bildirib.