14 C
Baku
Saturday, November 9, 2024

ABŞ: Rusiya müttəfiqlərimizə qarşı təcavüzkarlıq etsə, cavab verəcəyik

Birləşmiş Ştatlar milli maraqlarının müdafiəsi üçün Rusiyaya qarşı hərəkət etməyə məcburdur.

“Rossiya 24” telekanalı xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün gedişatında bildirib.

“Əgər Rusiya bizə, şəriklərimizə və müttəfiqlərimizə qarşı təcavüzkarlıq etsə, cavab verəcəyik. Eskalasiya, münaqişəyə nail olmaq üçün yox, maraqlarımızı qorumaq üçün”, – Dövlət Departamentinin başçısı vurğulayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden “sözü və işi ilə” Amerika tərəfinin Rusiyanın hərəkətlərinə cavab verməyə hazırlığını nümayiş etdirib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı da öz növbəsində amerikalı həmkarını rəsmi Moskvanın Vaşinqtonla səmimi və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olduğuna əmin edib. Onun sözlərinə görə, Rusiya və ABŞ hər iki ölkənin maraqlarına cavab verən sahələrdə, xüsusən də strateji sabitlik sferasında əməkdaşlıq etməlidirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər