10 C
Baku
Sunday, November 10, 2024

ABŞ Rusiya neftini neçə ilə əvəz etmək mümkün olduğunu hesablayıb

ABŞ-da Rusiya neftini neçə ilə əvəz etmək mümkün olduğunu hesablanıb.

Banker.az “Secretmag”a istinadən xəbər verir.

Texas Dəmiryol Komissiyasının keçmiş komissarı Rayan Sittonun fikrincə, bu, 5-10 il çəkə bilər. Sabiq məmurun sözlərinə görə, Rusiya dünyanın yanacağa olan ehtiyacının 10%-ni təmin edir.

“Rusiyanın hasil etdiyi 10 milyon barel nefti istehsal etmək üçün nə qədər vaxt lazım olacaq? Söhbət 5-10 ildən gedir ki, bu da 10 milyon barelin hamısını əvəzləməyə imkan verəcək”, – deyə Rayan Sitton vurğulayıb.

O, təklif edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Qərb hökumətləri Rusiyadan alışı dayandırmaq üçün böyük neft və qaz şirkətlərinə təsir etməyə çalışırlar. Amma bu halda ABŞ üçün yeganə variant Venesueladır, o da sanksiyalar altındadır.

“Bütün bunlar çox dağıdıcıdır və ABŞ-da benzinin orta qiymətinin bir gallon üçün 5 dolları keçəcəyi, bəlkə də 6 dollara yaxınlaşacağı məni təəccübləndirmir”, – deyə mütəxəssis əlavə edib.

Amma Rusiya da ideal vəziyyətdə deyil. Qərb dövlətləri Rusiya neftindən imtina etdikdən sonra yalnız bir alıcı qalıb – Çin. Keçmiş məmur hesab edir ki, indi o, öz əməliyyat şərtlərini diktə edə və ona uyğun istənilən qiymət deyə bilər.

Son xəbərlər
Digər xəbərlər