25 C
Baku
Friday, April 19, 2024

ABŞ Rusiya neftinin qiymətinin daha da aşağı salınmasını müzakirə edə bilər

ABŞ tərəfdaşları və müttəfiqləri ilə Rusiya neftinə tətbiq olunan qiymət “tavan”ının daha da aşağı salınmasını müzakirə etməyi planlaşdırır.

Bunu ABŞ maliyyə nazirinin müavini Adeval Adeyemo deyib.

Onun sözlərinə görə, Rusiyanın neft satışından əldə etdiyi gəlirlər azalmağa başlayıb, lakin yanacaq istehsalının tempi dəyişməz qalıb.

A.Adeyemo “tavanın” tətbiqi təşəbbüsünü dəstəkləyən ölkələrin daha sərt tədbirləri müzakirə etmək ehtimalının mümkün olduğunu, həmçinin ABŞ-ın Rusiya Federasiyasına iqtisadi təzyiqlərini davam etdirəcəyini vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, Aİ-nin embarqosu və “tavan” qiymətinin tətbiqi fonunda dekabrın ilk 20 günü ərzində Rusiyadan neft ixracı 11% azalıb. Hazırda neftin bir bareli üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər