10 C
Baku
Thursday, December 5, 2024

ABŞ Rusiya şirkətinin Ermənistandakı filialına sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Dövlət Departamenti ilə birlikdə Rusiyanın “Milandr” şirkətinin Ermənistandakı filialı olan “Milur Electronics”ə Rusiyanın hərbi-sənaye kompleksinə mikroelektronika tədarük etdiyinə görə sanksiya tətbiq edib.

Rusiya şirkətinin Ermənistan filialı inteqrə olunmuş mikroçiplərin istehsalı üçün xarici zavodlara sifariş vermək məqsədilə yaradılıb.

“Milandr” “Milur Electronics”dən xarici tərəfdaşlarla biznes qurmaq üçün vasitəçi şirkət kimi istifadə edib. Faktiki olaraq “Milandr”ın əməkdaşları biznes aparmaq üçün özləri “Milur Electronics”in şəbəkəsinə daxil olmağa cəhd ediblər”, – bəyanatda deyilir.

Ermənistan şirkətindən başqa, “Milur Electronics”in İsveçrədə yerləşən və əsas səhmdarı olan “Milur SA”ya və “Milur Electronics”ə maliyyə köçürmələrini koordinasiya etmək üçün çalışan “Milandr”ın əməkdaşları və biznes tərəfdaşlarına qarşı da sanksiyalar tətbiq edilib.

Bütün bu işlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən transmilli texnologiya tədarük şəbəkəsinə qarşı sanksiyalar çərçivəsində həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər