ABŞ rusiyalı diplomatların və onların ailə üzvlərinin təxliyəsi üçün xüsusi reysinin göndərilməsinə icazə verməyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Amerika tərəfi onsuz da acınacaqlı vəziyyətdə olan ikitərəfli münasibətləri sistematik şəkildə pozmaqda davam edir. Vaşinqton Rusiya dövlət aviasiyasının ABŞ-a xüsusi reysinin gəlməsinə icazə verməməklə ölkəmizə qarşı növbəti düşmən mövqe sərgilədi”, – məlumatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyi də qeyd edib ki, Amerika tərəfinin bu addımı cavabsız qalmayacaq.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiyanın xüsusi təyinatlı təyyarəsini ölkəyə buraxmaqdan imtina edildiyi təqdirdə, əks tədbirlər, o cümlədən asimmetrik xarakterli tədbirlər qaçılmaz olacaq.