Amerika Birləşmiş Ştatları Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onların üzərində işləyir.
Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“Nəhayət detalları əldə etdik. Onların üzərində işləyirik, amma hələ hər şeyi sonadək düşünməmişik”, – deyə o qeyd edib.
“Ukrayna əmi olmaq istəyir ki, Rusiya bir daha onun ərazisinə müdaxilə etməyəcək. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar isə müəyyən əraziləri istəyirlər – onların çoxunu artıq işğal ediblər, bəzilərini isə yox. Danışıqların mahiyyəti bundadır”, – Vens əlavə edib.