26 C
Baku
Friday, April 19, 2024

ABŞ Rusiyadakı dəyişiklikləri şərh edib

ABŞ Dövlət Departametinin Mətbuat Xidmətinin rəhbəri Morqan Ortaqus Rusiya hökumətinin istefasını şərh edib.

Lenta.ru-nun məlumatına görə, Ortaqus müvafiq açıqlama ilə RTVI telekanalının efirində çıxış edib.

“Onu deyə bilərəm ki, biz Rusiya vətəndaşlarının tərəfindəyik”, – deyə o bildirib.

Ortaqusun sözlərinə görə, Ağ Ev rəhbəri Donald Tramp Rusiya ilə ABŞ arasında münasibətləri yaxşılaşdırmağı arzulayır, ancaq hər şey “Rusiya hökumətindən asılıdır”.

“Ümid edirik ki, Rusiyada kimin hakimiyyətində olmasından asılı olmayaraq, onlar xarici siyasətdə dəyişiklik etmək istəyimizi nəzərə alacaqlar”, – deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Xatırladaq ki, yanvarın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb. Müvəqqəti olaraq Baş nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər