2022-ci ilin iyulunda Rusiyadan qara metal idxalı sıfıra yaxınlaşıb.
Bu məlumat ABŞ-ın Statistika Xidmətinin məlumatında yer alır.
Bildirilir ki, hesabat dövründə Rusiyadan cəmi 0.6 milyon dollarlıq xammal idxal edilib. Halbuki bu göstərici iyunda 201 milyon dollar idi. İlk yarımildə isə Rusiya ABŞ-a 1 milyard dollarlıq qara metal ixrac edib.