ABŞ BMT-də daxili işlər nazirliklərinin rəhbərlərinin sammitində iştirak etməli olan Rusiya nümayəndə heyətinin üzvünə viza verməyib. Xüsusən də nazir Vladimir Kolokoltsev ölkəyə daxil olmaq üçün icazə ala bilməyib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Diplomat vurğulayıb ki, nümayəndə heyətinin üzvlərinə viza vermək imtiyaz deyil, beynəlxalq-hüquqi öhdəlikdir.
“Bu, ABŞ tərəfindən BMT-nin Baş Qərargah Sazişindən irəli gələn öhdəliklərin kobud şəkildə pozmaq cəhdidir”, – deyə nazir söyləyib.
Sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Rusiya nümayəndə heyəti üçün viza məsələsi hələ də həll olunmayıb, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bir müddət əvvəl bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edəcək. Onun sentyabrın 24-də Rusiya prezidenti Vladimir Putinin əvəzinə orada çıxış etməsi planlaşdırılır.