24 C
Baku
Monday, April 29, 2024

ABŞ rusiyalı oliqarxların yarım milyard dollardan çox aktivlərini dondurub

Ukraynada müharibə başlayandan bəri Amerika Birləşmiş Ştatları rusiyalı oliqarxların yarım milyard dollardan çox aktivlərini dondurub.

Bu barədə ABŞ Baş prokurorunun müavini Liza Monakonun bəyanatına istinadən xəbər verilir.

“Biz Rusiya hakimiyyətini dəstəkləyən və ABŞ-ın iqtisadi əks-tədbirlərindən yayınan rusiyalı oliqarxların və digərlərinin 500 milyon dollardan çox aktivini saxlamışıq”, – Monako bildirib.

Qeyd olunub ki, ABŞ həmçinin sanksiyalardan yayınma, ixraca nəzarətini pozma, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunan 30-dan çox şəxsə qarşı ittiham irəli sürüb. Bundan başqa Vaşinqton beynəlxalq tərəfdaşlarının köməyi ilə altıdan çox ölkədə ABŞ-a ekstradisiya məqsədi ilə həbslər həyata keçirib.

KleptoCapture – ABŞ Ədliyyə Departamentinin himayəsi altında Rusiya aktivlərinin müəyyən edilməsi və ələ keçirilməsi, sanksiyalardan yayınmanın dayandırılması və rusiyalı oliqarxların ABŞ və digər ölkələrdə əmlak gizlətməsinə kömək edən sxemlərin təşkilatçıları və iştirakçılarının təqib edilməsində ixtisaslaşan idarələrarası işçi qrupudur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər